Füzulidə avtomobil piyadanı vuraraq öldürüb

Füzulidə avtomobil piyadanı vuraraq öldürüb
# 08 iyul 2021 12:24 (UTC +04:00)

Füzulidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iyulun 6-da saat 23 radələrində Füzuli rayonunun Aşağı Yağlıvənd kəndi ərazisində Şükürbəyli kənd sakini Ceyhun Səfərov idarə etdiyi “Mitsubishi” markalı avtomobillə yolu keçən Böyük Bəhmənli kənd sakini Nurəddin Əliyevi vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada iyulun 7-də saat 1 radələrində orada ölüb.

Füzuli RPŞ tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR