Füzulidə bələdiyyə sədrindən şikayət edən şəxsin müraciəti təmin edilib - VİDEO

Füzulidə bələdiyyə sədrindən şikayət edən şəxsin müraciəti təmin edilib - VİDEO
# 17 iyul 2021 11:20 (UTC +04:00)

Füzuli rayonu, Mirzənağılı kənd sakini Baxşalıyev Yaşar Baxış oğlu Qazaxlar kənd bələdiyyəsinin sədrinin ondan torpaq sahəsinin özəlləşməsi üçün dövlət rüsumu olaraq 500 manat pul alması, özəlləşmə prosesinin ləngiməsi ilə bağlı Füzuli rayon prokurorluğuna müraciət edib.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, araşdırma nəticəsində məsələ müsbət həllini tapıb və Y.Baxşalıyevin müraciəti təmin olunub.

Vətəndaş Yaşar Baxşalıyev prokurorluğun sosial şəbəkə hesabına çəkdiyi videonu göndərərək ictimailəşdirilməsini xahiş edib.

Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən qeyd olunan videoçarx #sözvətəndaşda həştəqi ilə ictimaiyyətə təqdim olunur.

© APA | Füzulidə bələdiyyə sədrindən şikayət edən şəxsin müraciəti təmin edilib

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR