Füzulidə evdə yanğın olub

Füzulidə evdə yanğın olub
# 17 avqust 2021 15:27 (UTC +04:00)

Füzuli rayonunda ümumi sahəsi 100 m² olan birmərtəbəli 2 otaq və aynabənddən ibarət evin 1 otağının yanar konstruksiyaları və dam örtüyü 30 m² sahədə yanıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR