Füzulidə traktorla avtomobil toqquşub, ölən var

Füzulidə traktorla avtomobil toqquşub, ölən var
# 03 iyun 2021 13:22 (UTC +04:00)

Füzuli rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumatına görə, iyunun 2-də saat 20 radələrində Füzuli rayonunun Böyük Bəhmənli kəndi ərazisində kənd sakini Elşad Hüseynovun idarə etdiyi “VAZ-2101” markalı avtomobillə Kərimbəyli kənd sakini Ş.Süleymanovun idarə etdiyi “Belarus MTZ-80” markalı traktor toqquşub. Nəticədə E.Hüseynov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Füzuli Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR