Gədəbəydə 87 yaşlı qadının tövlədə bağlanaraq saxlanıldığı məlum olub - VİDEO

87 yaşlı Səkinə Həsənova

© APA | 87 yaşlı Səkinə Həsənova

# 02 iyun 2021 11:59 (UTC +04:00)

Sosial şəbəkələrdə ahıl qadının tövlədə bağlanaraq saxlanılmasına dair yayılan video-görüntülərlə bağlı Gədəbəy rayon Polis Şöbəsinin əməkdaşları müvafiq araşdırmalar aparıb.

APA-nın yerli bürosunun xəbərinə görə, həmin qadının Daşkəsən rayonunda qeydiyyatda olmaqla Gədəbəy rayon İvanovka kəndində yaşayan, 1934-cü il təvəllüdlü Səkinə Həsənova olması müəyyən edilib.

Polis əməkdaşları onun yerini həmin kənd ərazisində gəzərkən aşkar ediblər. Hazırda həmin görüntülər əsasında qadını bağlayan şəxs və ya şəxslərin kimliyinin müəyyən edilməsi istiqamətində araşdırmalar aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR