Gədəbəydə avtoxuliqanlıq edən şəxs inzibati qaydada həbs edilib - FOTO

Elşən Abbasov

© APA | Elşən Abbasov

# 21 avqust 2021 10:00 (UTC +04:00)

Gədəbəy rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin (ŞBPİ DYPB) əməkdaşları rayon ərazisində avtoxuliqanlıq edərək ictimai-asayişi nümayişkəranə şəkildə pozan və bununla da vətəndaşların haqlı narazılığına səbəb olan sürücünü saxlayıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan APA-nın yerli bürosuna verilən məlumata görə, rayon sakini Elşən Abbasovun sürücülük hüququ olmadan idarə etdiyi “VAZ 2107” markalı avtomobil ilə yollarda intizamsızlıq edərək, yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq etdiyi, yol nəqliyyat-hadisəsi törədərək hadisə yerindən yayınması və həmin hərəkətləri sosial şəbəkələrdə paylaşması məlum olub.

Həmin şəxs barəsində DYPB-nin əməkdaşları inzibati qaydada protokollar tərtib edərək baxılması üçün məhkəməyə göndərib.

Məhkəmənin qərarı ilə E. Abbasov 15 sutka inzibati qaydada həbs edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR