Gədəbəydə çoban sel nəticəsində ölüb, onun meyiti bir müddət sonra tapılıb

Gədəbəydə çoban sel nəticəsində ölüb, onun meyiti bir müddət sonra tapılıb
# 07 iyul 2021 22:56 (UTC +04:00)

Gədəbəydə güclü yağışdan sonra gələn sel sularında çoban boğularaq ölüb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Moruqlu kəndində qeydə alınıb.

Kənd sakini, 1958-ci il təvəllüdlü Sadıqov Sahib qoyun otaran zaman sel onu aparıb. Onun meyiti aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR