Gədəbəydə yeniyetməni elektrik cərəyanı vuraraq öldürüb

Gədəbəydə yeniyetməni elektrik cərəyanı vuraraq öldürüb
# 26 iyul 2021 14:25 (UTC +04:00)

İyulun 25-i saat 18 radələrində Gədəbəy rayon, Novosaratovka kənd sakini 2004-cü il təvəllüdlü Ceyhun Paşayevin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Gədəbəy Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, aparılan araşdırmalarla müəyyən edilib ki, Ceyhun Paşayev yaşadığı kənddə Gədəbəy Telekommunkasiya Qovşağına məxsus taxta materialdan olan rabitə dayağının üzərinə bərkidilmiş məftildən tutarkən elektrik cərəyanının vurması nəticəsində ölüb.
Faktla bağlı Gədəbəy rayon prokurorluğunda araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR