Gəncədə 17 yaşlı oğlanı maşın vurub

Gəncədə 17 yaşlı oğlanı maşın vurub
# 07 iyul 2021 14:04 (UTC +04:00)

Gəncədə yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Əziz Əliyev prospektində qeydə alınıb. "VAZ 21015 "markalı minik maşını yolu keçmək istəyən 2004-cü il təvəllüdlü Sarıyev Mehman Azər oğlunu vurub. Xəsarət alan 17 yaşlı oğlan dərhal xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR