Gəncədə 17 yaşlı qızı maşın vurub

Gəncədə 17 yaşlı qızı maşın vurub
# 21 iyun 2021 21:41 (UTC +04:00)

Gəncədə piyadanın vurulması ilə nəticələn yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Gəncəvi küçəsində qeydə alınıb.

Belə ki, 2004-cü il təvəllüdlü İsmayllı Sürayə yolu keçmək istəyən zamanı “İnfiniti” markalı minik maşını onu vurub.

Yaralı sürücü tərəfindən xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.

İlkin məlumata görə 17 yaşlı qızı başqa avtomobilin qabağından qaçıb. Bu zaman “İnfiniti”yə dəyib. Faktla bağlı araşdırma aparılır.
 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR