Gəncədə 24 yaşlı oğlan özünü körpüdən atıb - FOTO - VİDEO - YENİLƏNİB

Gəncədə 24 yaşlı oğlan özünü körpüdən atıb - FOTO  - VİDEO  - YENİLƏNİB
# 05 iyul 2021 12:26 (UTC +04:00)

Gəncədə 24 yaşlı oğlan özünü körpüdən atıb.

APA-nın xəbərinə görə, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində yerləşən avtomobil körpüsünün üzərində qeydə alınıb.

Körpünün üzərinə çıxan şəxs özünü oradan atıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Özünü körpüdən atan şəxsin 1997-ci il təvəllüdlü Ələsgərov Oruc Vaqif oğlu olduğu məlum olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR