Gəncədə 7-ci mərtəbədən özünü atan məktəbli qız xəstəxanada ölüb - YENİLƏNİB - VİDEO

Gəncədə 7-ci mərtəbədən özünü atan məktəbli qız xəstəxanada ölüb - YENİLƏNİB  - VİDEO
# 10 iyun 2021 13:40 (UTC +04:00)

Mətnə video əlavə olunub.

***

08:27

Gəncədə özünü 7-ci mərtəbədən atan 2004-cü il təvəllüdlü Hüseynova Şəms xəstəxanada dünayasını dəyişib.

APA-nın yerli bürosu xəbər verir ki, ilkin məlumatına görə, hadisəyə səbəb imtahandan kəsilməsi olub.

***

9 iyun, saat 22:36

Gəncədə bədbəxt hadisə baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Yeni Gəncə yaşayış massivində qeydə alınıb.

2004-cü il təvəllüdlü Hüseynova Şəms 9 mərtəbəli binanın 7 mərtəbəsindən yıxılıb.

Gənc qız xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.

Hadisənin başvermə səbəbi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR