Gəncədə avtobusdan 37 min manatlıq oğurluq olub

Gəncədə avtobusdan 37 min manatlıq oğurluq olub
# 20 sentyabr 2021 12:45 (UTC +04:00)

Gəncədə avtobusdan 37 min manatlıq oğurluq olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 15-də Gülüstan qəsəbəsindəki dayanacaqda M.Məmmədova məxsus “MAN” markalı avtobusdan 37.430 manat dəyərində 58 ədəd oturacaq, 1 ədəd kondisioner kompressoru, 9 ədəd təkər və 9 ədəd disk oğurlamaqda şübhəli bilinən dayanacağın gözətçisi Gəncə şəhər sakini Q.İmanov və qohumu M.Məmmədov saxlanılıblar.

Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR