Gəncədə avtomobil motosikletlə toqquşub, xəsarət alan var

Gəncədə avtomobil motosikletlə toqquşub, xəsarət alan var
# 24 avqust 2021 12:18 (UTC +04:00)

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb. Hərəkətdə olan minik maşını ilə motosiklet toqquşub. Qəza zamanı motosikletin sürücüsü, 1996-cı il təvəllüdlü İmaməddin Kazımov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR