Gəncədə avtomobil piyadanı vuraraq öldürüb - YENİLƏNİB

Gəncədə avtomobil piyadanı vuraraq öldürüb - YENİLƏNİB
# 14 sentyabr 2021 11:08 (UTC +04:00)

Gəncədə avtomobilin vurub öldürdüyü piyadanın kimliyi məlum olub. APA-nın yerli bürosunun məlumatına görə, həmin şəxs 1990-cı il təvəllüldü Mustafayev Tural Sahib oğludur.

Hadisəni törədən sürücü saxlanıb. Faktla bağlı araşdırma aparılır.

***

01.22

Gəncədə avtomobil piyadanı vuraraq öldürüb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Üzeyir Hacıbəyli prospektində qeydə alınıb.

Hərəkətdə olan avtomobil yolu keçmək istəyən kişini vurub. Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Onun kimliyi dəqiqləşdirilir. İlkin məlumata görə, piyadanı vuran avtomobil hadisə yerindən yayınıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR