Gəncədə avtoxuliqanlıq edən şəxs saxlanılıb - VİDEO - YENİLƏNİB

Gəncədə avtoxuliqanlıq edən şəxs saxlanılıb - VİDEO  - YENİLƏNİB
# 08 iyul 2021 23:37 (UTC +04:00)

Mətnə video əlavə olunub.

***

Saat 17:36

Gəncə şəhər Baş Polis İdarəsinin (ŞBPİ) Dövlət Yol Polisi Şöbəsinin (DYPŞ) əməkdaşları tərəfindən yollarda sürücü və piyadaların təhlükəsizliyinin təmin edilməsi, ictimai asayişin qorunması istiqamətində tədbirləri davam etdirir. Aparılan müvafiq tədbirlər nəticəsində DYPŞ əməkdaşları rayon ərazisində avtoxuliqanlıq edərək ictimai-asayişi nümayişkaranə şəkildə pozan və bununla da vətəndaşların haqlı narazılığına səbəb olan sürücünü saxlayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan APA-ya verilən məlumata görə, şəhər sakini, Elşad Əliyevin “VAZ 2106” markalı avtomobil ilə yollarda intizamsızlıq edərək, yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq etdiyi məlum olub. Həmin şəxs barəsində DYPŞ-nin əməkdaşları tərəfindən inzibati qaydada protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə 15 gün müddətinə inzibati qaydada həbs edilən E. Əliyev eyni zamanda 1 il müddətinə sürücülük hüququndan məhrum edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR