Gəncədə azyaşlı 3-cü mərtəbədən yıxılıb

Gəncədə azyaşlı 3-cü mərtəbədən yıxılıb
# 11 iyul 2021 21:16 (UTC +04:00)

Gəncədə bədbəxt hadisə baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Adil İsgəndərov küçəsində yerləşən binaların birində qeydə alınıb.

Belə ki, təxminən 3-5 yaşı arasında olan oğlan binanın 3-cü mərtəbəsindən yıxılıb. Azyaşlı xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR