Gəncədə azyaşlı ehtiyatsızlıqdan avtomobilin altında qalıb

Gəncədə azyaşlı ehtiyatsızlıqdan avtomobilin altında qalıb
# 17 iyun 2021 17:37 (UTC +04:00)

Gəncədə azyaşlını avtomobil vurub. APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Dayanacaqda dayanan avtomobil arxaya hərəkət edən zaman 2016-cı il təvvəllüdlü Məmmədov Əziz Sabir oğlunu vurub. Azyaşlı dərhal xəstəxanaya aparılıb.

Məlumata görə, hadisə baş verən zaman 5 yaşlı Əziz anası ilə birlikdə olub. Uşaq anasın əlindən qaçıb. Azyaşlı yüngül dərəcəli bədən xəsarətləri alıb, xəstəxanada tibbi müayinədən keçdikdən sonra evə buraxılıb. Hər hansı bir həyati təhlükəsi yoxdur.

Faktla bağlı araşdırma aparılır. 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR