Gəncədə evdə qaz sızmasından partlayış olub, 86 yaşlı kişi xəsarət alıb - VİDEO

Gəncədə evdə qaz sızmasından partlayış olub, 86 yaşlı kişi xəsarət alıb - VİDEO
# 30 noyabr 2021 13:46 (UTC +04:00)

Gəncədə evdə qaz sızmasından partlayış olub.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin “Qırmızı qəsəbə” adlanan ərazisində, yaşayış evlərindən birində qeydə alınıb. Evdə olan 1935-ci il təvəllüdlü Musayev Həsən Xıdır oğlu bədənin yanığı diaqnozu ilə xəstəxanaya yerləşdilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

İlkin məlumata görə, 86 yaşlı kişi yaşadığı evdə qaz sızması nəticəsində baş verən partlayış zamanı yanıq xəsarəti alıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR