Gəncədə evdən 10 140 manat dəyərində oğurluq olub - FOTO - VİDEO

Gəncədə evdən 10 140 manat dəyərində oğurluq olub - <span class="red_color">FOTO - <span class="red_color">VİDEO
# 23 may 2021 10:59 (UTC +04:00)

Gəncə şəhər Baş Polis İdarəsinin Nizam rayon Polis İdarəsinin (RPİ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər  ərazisində oğurluq hadisələri törədən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan APA-nın yerli bürosuna verilən məlumata görə, aparılan araşdırmalarla müəyyən edilib ki, Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş,  35 yaşlı Elşad İbrahimov may ayının 21-də şəhər ərazisində vətəndaşa məxsus fərdi yaşayış evindən ümumilikdə 10140 manat dəyərində müxtəlif qızıl-zinət və məişət əşyalarını oğurlayıb.

E. İbrahimov saxlanılaraq maddi sübutlarla birlikdə istintaqa təhvil verilib. Faktlarla bağlı Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR