Gəncədə evin dam örtüyü qoparaq elektrik dirəyinin üzərinə düşüb

Gəncədə evin dam örtüyü qoparaq elektrik dirəyinin üzərinə düşüb
# 29 iyun 2021 18:05 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Gəncə şəhərinin Kəpəz rayonunda fərdi yaşayış evinin dam örtüyünün bir hissəsinin yerindən qoparaq elektrik dirəyinin üzərinə düşməsi barədə məlumat daxil olub.

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, ərazidən keçən insanların təhlükəsizliyinin təmin olunması məqsədilə FHN-nin Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış ünvanına cəlb olunub. Həyata keçirilən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində dam örtüyü hissələrə kəsilərək təhlükəsiz əraziyə daşınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR