Gəncədə fərdi yaşayış evi yanıb

Gəncədə fərdi yaşayış evi yanıb
# 22 may 2021 08:12 (UTC +04:00)

Gəncədə yanğın hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Cəfər Cabbarlı küçəsində qeydə alınıb.

Şəhər sakininə məxsus evdə anidən yanğın başlayıb. Dərhal hadisə yerinə FHN-in yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub.

Yanğın söndürülüb, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın zamanı xəsarət alan olmayıb. Hadisənin baş vermə səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR