Gəncədə fərdi yaşayış evində baş verən yanğınla bağlı FHN məlumat yayıb - FOTO - YENİLƏNİB-1 - VİDEO

Gəncədə fərdi yaşayış evində baş verən yanğınla bağlı FHN məlumat yayıb - FOTO  - YENİLƏNİB-1  - VİDEO
# 27 may 2021 23:36 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Gəncə şəhərinin Kəpəz rayonu, Nizami Gəncəvi prospektində fərdi yaşayış evində yanğın olması barədə məlumat daxil olub.

FHN-dən APA-ya verilən məlumata görə, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi əraziyə cəlb olunub. İlkin məlumata əsasən, yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin meyiti aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib. Yanğın bölmələrinin çevik müdaxiləsi nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb, yanğın qısa müddət ərzində məhdudlaşdırılaq tam söndürülüb.

***

23:00

Gəncədə fərdi yaşayış evində baş verən yanğın tam söndürülüb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisənin baş verdiyi ünvana elektrik enerjisinin və qazın verilişi müvəqqəti olaraq dayandırılıb.

***

22:24

Gəncədə fərdi yaşayış evində yanğın baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Nizami Gəncəvi prospektində qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Yanğından mühafizə bölməsinin canlı qüvvəsi və texnikası cəlb edilib.

İlkin məlumata görə, yanğın zamanı 1958-ci il təvəllüdlü Əliyev Füzuli Ələkbər oğlu ölüb.

Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər görülür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR