Gəncədə idarəetmədən çıxan avtomobil bazarın 2 mühafizəçisini vurub - FOTO - VİDEO

Gəncədə idarəetmədən çıxan avtomobil bazarın 2 mühafizəçisini vurub - FOTO  - VİDEO
# 13 sentyabr 2021 23:32 (UTC +04:00)

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin "Kolxoz Bazarı" adlan ərazisində qeydə alınıb.

Hərəkətdə olan "Priora" markalı minik maşının sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil bazarın 2 mühafizəçisini vuraraq onlara xəsarət yetirib. Hadisə zamanı sürücü də xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR