Gəncədə iki avtomobil toqquşub, ölən və xəsarət alan var - FOTO

Gəncədə yol qəzası

© APA | Gəncədə yol qəzası

# 11 noyabr 2021 16:50 (UTC +04:00)

Gəncədə ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hərəkətdə olan "Hyundai" markalı avtomobil "Oka" markalı avtomobillə toqquşub.

Qəza nəticəsində “Oka”nın sürücüsü, 1962-ci il təvəllüdlü Gədəbəy rayon sakini Rüstəmov Abdulxaliq Mamed oğlu ölüb, “Hyundai”ninsürücüsü, 2000-ci il təvəllüdlü Gəncə sakini Hacıyev Timur Daşqın oğlu xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR