Gəncədə iki avtomobil toqquşub, ölən və xəsarət alanlar var - FOTO

Gəncədə yol qəzası

© APA | Gəncədə yol qəzası

# 18 sentyabr 2021 15:15 (UTC +04:00)

Gəncədə yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.

“VAZ 21015” və “KİA” markalı avtomobillərin toqquşması nəticəsində İbrahim Hüseynov, Arif Əliyev və Əntiqə Xəlilova xəsarət alıblar.

Məlumata görə, iki avtomobil toqquşandan sonra “KİA” markalı avtomobil yolun kənarı ilə gedən piyadanı - 1966-cı il təvəllüdlü Famil Zahid oğlu Ələkbərovu vurub. Həmin şəxs hadisə yerində ölüb.

Hadisə yerinə DYP əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR