Gəncədə iki avtomobil toqquşub, xəsarət alan var - FOTO

Gəncədə iki avtomobil toqquşub, xəsarət alan var - FOTO
# 05 iyul 2021 11:59 (UTC +04:00)

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Hərəkətdə olan "VAZ 21015" markalı minik maşını ilə "VAZ 2107 "markalı avtomobil toqquşub. Qəza zamanı "VAZ 21015"in sürücüsü xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR