Gəncədə iki minik avtomobili toqquşub - FOTO

Gəncədə "VAZ 21012" və  "VAZ 2106" markalı iki avtomobil toqquşub

© APA | Gəncədə "VAZ 21012" və  "VAZ 2106" markalı iki avtomobil toqquşub

# 09 iyul 2021 18:23 (UTC +04:00)

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, "VAZ 21012" markalı minik maşını "VAZ 2106" markalı avtomobillə toqquşub. Qəza nəticəsində xəsarət alan olmayıb. Hər iki avtomobilə ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR