Gəncədə iki minik maşını toqquşub, xəsarət alanlar var - FOTO - VİDEO

Gəncədə iki minik maşını toqquşub, xəsarət alanlar var - FOTO  - VİDEO
# 04 iyun 2021 08:02 (UTC +04:00)

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. APA-nın yerli bürosunun məlumatına görə, “VAZ” markalı minik avtomobili ilə “Chevrolet Cruze” minik maşını toqquşub.

Qəza zamanı 4 nəfər – 1990-cı il təvəllüdlü Qarayev Bəhruz Xanoğlan oğlu, 1990-cı il təvəllüdlü Namazov Əhməd Nurəddin oğlu, 1982-ci il təvəllüdlü Əliquzuyeva Ulduz Dilən qızı və Həsənova Tinatin İbrahim qızı xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR