Gəncədə iki piyadanı maşın vurub

Gəncədə iki piyadanı maşın vurub
# 17 noyabr 2021 19:00 (UTC +04:00)

Gəncə şəhərində piyadaların vurulması ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə şəhərin Üzeyir Hacıbəyli prospektində qeydə alınıb.

Hərəkətdə olan "VAZ 2107" markalı minik maşını yolu keçmək istəyən orta yaşlı qadını və kişini vurub.

Hər iki şəxs xəstəxanaya yerləşdirilib, onların vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR