Gəncədə koronavirusdan ölən şəxsin dişləri oğurlanıb

Gəncədə koronavirusdan ölən şəxsin dişləri oğurlanıb
# 02 oktyabr 2021 13:10 (UTC +04:00)

Gəncədə ölmüş şəxsin dişləri oğurlanıb.

APA-nın yerli bürosunun məlumatına görə, COVID-19 xəstəliyindən vəfat edən Təhməz Kərimovun ağzındakı 500 manatlıq qızıl protez dişləri yoxa çıxıb.

DİN mətbuat xidmətinin əməkdaşı Eşqın Qasımov APA-ya bildirib ki, vətəndaş Ramin Kərimov Gəncə şəhər Baş Polis İdarəsinə müraciət edərək koronavirusdan vəfat edən atasının protez dişlərinin naməlum şəraitdə oğurlanmasını bildirib. Müraciət ilə əlaqədar Baş Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR