Gəncədə mülk üstündə düşən davada bir nəfər ölüb - VİDEO

Gəncədə mülk üstündə düşən davada bir nəfər ölüb - VİDEO
# 13 iyun 2021 00:10 (UTC +04:00)

Gəncədə mülk üstə dava bədbəxt hadisə ilə nəticələnib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Bayan küçəsində qeydə alınıb.

1963-cü il təvəllüdlü Cəfərov Əlixan Fikrət oğlu ailə münaqişəsi zamanı yaxınları tərəfindən yumruq zərbəsi alıb. 58 yaşlı kişi hadisə yerində dünyasını dəyişib.

Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR