Gəncədə narkotik maddə satmaqda şübhəli bilinən şəxs saxlanılıb

Gəncədə narkotik maddə satmaqda şübhəli bilinən şəxs saxlanılıb
# 21 iyun 2021 09:58 (UTC +04:00)

Gəncədə narkotik maddə satmaqda şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan APA-nın yerli bürosuna verilən məlumata görə, daxil olmuş məlumat əsasında Gəncə şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis İdarəsinin ərazi üzrə Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Elvin Rzayev saxlanılaraq bölməyə gətirilib. Onun üzərinə baxış keçirilən zaman müxtəlif bükümlərdə, külli miqdarda narkotik maddə olan heroin aşkar edilərək götürülüb.

İlkin dindirilmə zamanı saxlanılan şəxs narkotik maddəni satmaq məqsədi ilə əldə etdiyini etiraf edib. Hazırda E. Rzayevə narkotik maddəni satan şəxs və ya şəxslərin kimliklərinin müəyyən edilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir. Fakt üzrə Gəncə ŞBPİ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR