Gəncədə narkotik satışı və oğurluqda şübhəli bilinən şəxslər tutulub

Gəncədə narkotik satışı və oğurluqda şübhəli bilinən şəxslər tutulub

© APA | Gəncədə narkotik satışı və oğurluqda şübhəli bilinən şəxslər tutulub

# 20 oktyabr 2021 11:21 (UTC +04:00)

Gəncədə narkotik satmaqda və oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan APA-ya verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq satış məqsədi ilə narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən şəhər sakini Şahin Fətullayev saxlanılaraq Polis İdarəsinə gətirilib.

Onun üzərinə baxış keçirilən zaman 13 ədəd ayrı-ayrı sellofan bükümlərdə “metamfetamin” və 9 ədəd sellofan bükümdə “heroin” aşkar edilərək götürülüb. Götürülən maddi sübutlar ekspertizaya təqdim edilib, faktla bağlı araşdırmalar davam etdirilir.

Bundan başqa İdarə əməkdaşlarının keçirdikləri digər bir əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində silsilə oğurluq hadisələri törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Araşdırmalar zamanı məlum olub ki, şəhər sakini, əvvəllər məhkum olunmuş Mayıl Məmmədov cari və ötən ilin müxtəlif vaxtlarında vətəndaşlara məxsus evlərə qeyri-qanuni yolla daxil olaraq ümumi dəyəri 9000 manat olan qızıl-zinət əşyalarını, məişət və elektrik avadanlıqlarını oğurlayıb. Saxlanılan şəxs istintaqa təhvil verilib, faktla bağlı araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR