Gəncədə piyadanı maşın vurub

Gəncədə piyadanı maşın vurub
# 20 iyun 2021 01:05 (UTC +04:00)

Gəncədə piyadanın vurulması ilə nəticələn yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Yeni Gəncə yaşayış massivində qeydə alınıb.

Hərəkətdə olan “Mercedes” markalı minik maşını yolu keçmək istəyən Amil Nəbiyevi vurub.

Dərhal piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR