Gəncədə piyadanı vurub öldürən sürücü barəsində cinayət işi başlanıb

Gəncədə piyadanı vurub öldürən sürücü barəsində cinayət işi başlanıb
# 25 oktyabr 2021 18:08 (UTC +04:00)

Oktyabrın 23-də Gəncə şəhər S. Rəhimov küçəsində şəhər sakini, 1982-ci təvəllüdlü Ramin Abbasov idarə etdiyi "Mercedes" markalı avtomobil ilə yolu keçmək istəyən piyada, 1954-cü il təvəllüdlü İbrahim Bayramovu vurub, nəticədə piyada hadisə yerində ölüb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımovun APA-ya dediyinə görə, faktla əlaqədar olaraq polis əməkdaşları hadisə yerinə gedərək müvafiq araşdırmalar aparıb. Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində sürücü Ramin Abbasov barəsində Cinayət Məcəlləsinin 263.2-ci( Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR