Gəncədə qadın taksi sürücüsünü bıçaqlayıb - YENİLƏNİB - VİDEO

Gəncədə qadın taksi sürücüsünü bıçaqlayıb - YENİLƏNİB  - VİDEO
# 07 dekabr 2021 12:31 (UTC +04:00)

Gəncədə yanacaqdoldurma məntəqəsində baş verən bıçaqlanma hadisəsinin təfərrüatı məlum olub.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Bağmanlar adlanan ərazisində yerləşən yanacaqdoldurma məntəqəsində baş verib.

Yanacaqdoldurma məntəqəsində xadimə işləyən 1989-cu il təvəllüdlü Günel Məmmədova oraya gələn taksi sürücüsü, Göygöl rayon sakini Vüsal Əmrahovu bıçaqlayıb.

İlkin məlumata görə, qadın həmin taksi ilə hər gün işə gəlib-gedirmiş. G. Məmmədovanın V. Əmrahovu aralarında mübahisə yarandığı üçün bıçaqladığı bildirilir.

Polis faktla bağlı araşdırmaya başlayıb.

***

10.31

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərdə fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrindən birində qeydə alınıb.

Göygöl rayon sakini Vüsal Əmrahov bir neçə bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib, əməliyyat olunub. Araşdırma zamanı məlum olub ki, onu Gəncə şəhər sakini Günel Məmmədova şəxsi münasibətlər zəminində bıçaqlayıb.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR