Gəncədə qadını maşın vurub

Gəncədə qadını maşın vurub
# 26 oktyabr 2021 00:25 (UTC +04:00)

Gəncədə piyadanın vurulması ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Hərəkətdə olan "İnfiniti" markalı minik avtomobili yolu keçmək istəyən orta yaşlı qadını vurub. Piyada xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır


#
#

ƏMƏLİYYAT İCRA OLUNUR