Gəncədə qaynaqçının sexdə xəsarət alması faktına görə cinayət işi başlanıb

Gəncədə qaynaqçının sexdə xəsarət alması faktına görə cinayət işi başlanıb
# 15 sentyabr 2021 16:15 (UTC +04:00)

Bu il iyunun 2-də Gəncə şəhər sakini Akif Eyvazovun işlədiyi yerdə xəsarət alması faktı ilə bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılıb.

Gəncə şəhər Prokurorluğundan APA-ya verilən məlumata görə, araşdırmalarla müəyyən edilib ki, Akif Eyvazov qaynaqçı işlədiyi Gəncə şəhəri, Z.Hacıyev küçəsində yerləşən “SemSan” şirkətinin əlvan metallar sexində qaz-oksigen kəsicisi ilə metal balonun sobada əridilməsi prosesi zamanı əmək mühafizəsi qaydalarının pozulması səbəbindən metal balonunun partlaması nəticəsində həyat üçün təhlükəli olan və sağlamlığa ağır zərər vurmaya aid edilən “sağ bud nahiyəsinin aşağı 1/3 hissəsindən trvamatik amputasiyası” xəsarəti alıb.
Faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 162.1-ci (texniki təhlükəsizlik və əmək mühafizəsinin başqa qaydalarının pozulması) maddəsi ilə cinayət işi başlanıb.
Cinayət işi üzrə təqsirli şəxs və ya şəxslərin müəyyənləşdirilərək istintaqa cəlb edilməsi istiqamətində zəruri tədbirlər davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR