Gəncədə qonşusunu qətlə yetirən qadın saxlanılıb - FOTO - YENİLƏNİB-1 - VİDEO

Gəncədə qonşusunu qətlə yetirən qadın saxlanılıb - FOTO  - YENİLƏNİB-1  - VİDEO
# 01 sentyabr 2021 00:02 (UTC +04:00)

Gəncədə qonşusunu qətlə yetirən qadın saxlanılıb.

APA-nın yerli bürosunun məlumatına görə, Gəncə Şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis İdarəsinin ərazi üzrə polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törəndən 1980-ci il təvəllüdlü Əhmədova Məhəbbət Qədir qızı tutulub.

İlkin dindirmə zamanı o, hadisəni törətdiyini etiraf edib.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.

***

Saat 22:46

Gəncədə baş vermiş qətlin təfərrüatları məlum olub.

APA-nın yerli bürosunun məlumatına görə, hadisəni törədən 1989-cu il təvəllüdlü Əhmədova Məhəbbət Qədir qızı ruhi-əsəb xəstəsi olub.

Qonşuların verdiyi məlumata görə, hər iki qadının əvvələr də aralarında mübahisə olub. Məlumata görə, M.Əhmədova S.Məmmədovaya bir neçə bıçaq zərbəsi vurub.

***

Saat 21:26

Gəncədə qətl hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, 1980-ci il təvəllüldü Əhmədova Məhəbbət Qədir qızı 1963-cü il təvəllüdlü Məmmədova Sücayət Əli qızını bıçaqla qətlə yetirib.

Hadisə yerinə hüquq-mühafizə orqanların əməkdaşları cəlb olunub. Cinayəti törədən qadının saxlanılması istiqmətində əməliyyat-axtarış işləri gedir.

İlkin məlumata görə, hər iki qadın qonşu olub. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR