Gəncədə sakini özünə xəsarət yetirib

Gəncədə sakini özünə xəsarət yetirib
# 11 sentyabr 2021 21:40 (UTC +04:00)

Gəncə sakini, 1973-cü il təvəllüdlü Əliyev Yaşar Müzəffər oğlu özünə xəsarət yetirib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Vəli Xuluflu küçəsində qeydə alınıb.

O, hər iki qolların kəsilmiş yarası ilə xəstəxanaya yerləşdirilib.

Xəstənin yaraları tikilib, vəziyyətinin kafi olduğu bildirilir.

Onun özünə hansı səbəbdən xəsarət yetirməsi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR