Gəncədə taksi sürücüsü bıçaqlanıb

Gəncədə taksi sürücüsü bıçaqlanıb
# 25 iyul 2021 22:18 (UTC +04:00)

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Natavan qəsəbəsində yerləşən restoranların birinin qarşısında qeydə alınıb.

Taksi fəaliyyəti ilə məşğul olan, 1978-ci il təvəllüdlü Həsənov Tariyel Valeh oğlu restoranın qarşısında bıçaqlanıb. O, xəstəxanaya yerləşdirilib.

Xəstə əməliyyat olunub, vəziyyətinin kafi olduğu bildirilir.

Hadisənin başvermə səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR