Gəncədə tanışını qətlə yetirən şəxsin məhkəməsi başlayır

Gəncədə tanışını qətlə yetirən şəxsin məhkəməsi başlayır
# 19 may 2021 12:08 (UTC +04:00)

8 noyabr 2020-ci il tarixdə Samux-Gəncə avtomobil yolunun kənarında Gəncə şəhər sakini Ayxan Məmmədovun qəsdən öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq Gəncə şəhər prokurorluğunda istintaq aparılıb.

Gəncə Şəhər Prokurorluğundan APA-ya verilən məlumata görə, istintaqla müəyyən edilib ki, zərərçəkmişin tanışı Elçin Əliyev bir gün öncə aralarında olmuş mübahisə ilə əlaqədar Ayxan Məmmədov ilə görüşərək heç bir əsaslı səbəb olmadan, xuliqanlıq niyyəti ilə bıçaqla xəsarətlər yetirərək sonuncunu qəsdən öldürüb.

Elçin Əliyev Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyətilə qəsdən adam öldürmə) və 120.2.4 (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə) maddələri ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR