Gəncədə təcilli tibbi yardım avtomobili yanıb, sürücü xəsarət alıb

Gəncədə təcilli tibbi yardım avtomobili yanıb, sürücü xəsarət alıb
# 24 iyun 2021 13:12 (UTC +04:00)

Gəncədə yanğın hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Bağman adlanan ərazisindəki Təcili tibbi yardım məntəqəsində qeydə alınıb. Məntəqədə dayanan təcilli tibbi yardım avtomobili anidən yanıb. Dərhal əraziyə FHN əməkdaşları cəlb olunub. Yanğın söndürülüb. Yanğın zamanı avtomobilin sürücüsü, 1964-cü il təvəllüdlü Həsənov Ruzi Zabit oğlu yanıq xəsarətləri alıb. Xəstəxanaya yerləşdirilən R. Həsənova tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR