Gəncədə vaqon öz-özünə hərəkət edərək avtomobilə çırpılıb - FOTO - VİDEO

Gəncədə vaqon öz-özünə hərəkət edərək avtomobilə çırpılıb - FOTO  - VİDEO
# 28 sentyabr 2021 20:21 (UTC +04:00)

Gəncədə vaqon dəmir yolundan açılıb və hərəkətdə olan minik maşınına çırpılıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Poçt qəsəbəsində qeydə alınıb.

Sözügedən ünvanda vaqon başmaqdan açılıb və relslə hərəkət edib. Bu zaman qorunmayan keçiddə hərəkətdə olan "VAZ 2107" markalı minik maşınına çırpılıb. Nəticədə minik maşınının sürücüsü yüngül xəsarət alıb.

Qeyd edək ki, vaqon ADDY-yə məxsusdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR