Gəncədə yanğın olub, xəsarət alan var - VİDEO

Gəncədə yanğın olub, xəsarət alan var - VİDEO
# 05 dekabr 2021 05:56 (UTC +04:00)

Gəncədə yanğın hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində yerləşən yaşayış binasının mənzillərinin birində qeydə alınıb.

Yanğın anidən başlayıb. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən briqadası canlı qüvvəsi cəlb olunub.

Yanğın söndürülüb, alovun digər evlərə keçməsinin qarşısı alınıb. Yanğın zamanı ev sahibi 1962-cı il təvəllüdlü İbrahimov Şahin Telman oğlu ayağından yanıq xəsarəti alıb.

İlkin ehtimala görə, yanğın evdə olan qızdırıcıdan qaynaqlanıb.
Hadisənin başvermə səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR