Gəncədə yaşayış binasında yanğın zamanı xəsarət alan 2 nəfər vəfat edib - YENİLƏNİB

Gəncədə yaşayış binasında yanğın zamanı xəsarət alan 2 nəfər vəfat edib - <span class="red_color">YENİLƏNİB
# 13 iyun 2021 12:50 (UTC +04:00)

İyunun 12-də Gəncə şəhərinin Kəpəz rayonunda dördmərtəbəli yaşayış binasında baş verən yanğın zamanı ağır xəsarət alan iki nəfər vəfat edib.

APA-nın yerli ürosunun məlumatına görə, həkimlərin səyinə baxmayaraq, 1962-ci il təvəllüdlü Rzayev Ruzigar, 1981-ci il təvəllüdlü Cabbarov Mirmehdi Bakıda xəstəxanada vəfat ediblər.

***

12 iyun, saat 11.28

Gəncə şəhərinin Kəpəz rayonunda dördmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 40 m2 olan birotaqlı mənzildə yanğınla nəticələnən partlayış (ilkin ehtimala görə qaz sızması səbəbindən) baş verib.

FHN-dən APA-ya verilən məlumata görə, yanğın nəticəsində mənzilin yanar konstruksiyaları və ümumi sahəsi 70 m2  olan ikiotaqlı qonşu mənzilin yanar konstruksiyaları 60 m2 sahədə yanıb. Partlayışın zərbəsindən hər iki mənzilin divarları (arakəsmə divarlar) dağılıb, qapı və pəncərə çərçivəsi yerindən çıxıb. Digər mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə nəticəsində 3 nəfər xəsarət alıb, 15 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

***

08:13

Mətnə video əlavə olunub.


***


06:51
 

Gəncədə 4 mərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb.

APA-nın yerli bürosunun məlumatına görə,yanğın binanın sonuncu mərtəbəsində baş vermişdi.

***

06:28

Gəncədə 4 mərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində baş verən y​​​​​​anğın qonşu mənzilə də keçib.

APA-nın yerli bürosunun məlumatına görə, hazırda FHN əməkdaşları tərəfindən yanğının söndürülməsi istiqamətində müvafiq tədbirlər davam etdirilir.

***

06:10

Gəncədə yanğın hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Heydər Əliyev Prospektində  yerləşən 4 mərtəbəli binanın sonuncu mərtəbəsində qeydə alınıb.

Sözügedən ünvandakı mənzildə yanğının anidən baş verdiyi bildirilib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub.

İlkin məlumata görə, yanğının qazsızma səbəbindən baş verdiyi ehtimal olunur.

Yanğın zamanı 3 nəfər - 1981-ci il təvəllüdlü Cabbarov Mirmehdi Mirağa oğlu, 1962-ci il təvəllüdlü Rzayev Ruzigar Salman oğlu və 1966-cı il təvəllüdlü Rzayeva İradə Oktay qızı yanıq xəsarəti alıb.

Bina sakinləri təxliyə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR