Gəncədə yol qəzasında avtomobillərə ciddi ziyan dəyib - FOTO

Gəncədə yol qəzasında avtomobillərə ciddi ziyan dəyib - FOTO
# 25 iyun 2021 23:12 (UTC +04:00)

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Atatürk prospektində qeydə alınıb.

Hərəkətdə olan "Toyota Prado" markalı avtomobilin sürücüsü idarəetməni itirərək yol kənarında dayanan "NİVA" markalı avtomobillə çırpılıb.

Qəza zamanı xəsarət alan olmasa da, avtomobillərə ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR