Gəncədə zəncirvari qəza olub, xəsarət alanlar var - FOTO - VİDEO - YENİLƏNİB

Gəncədə zəncirvari qəza olub, xəsarət alanlar var - FOTO  - VİDEO  -  YENİLƏNİB
# 17 iyul 2021 23:26 (UTC +04:00)

Mətnə video əlavə olunub.


***


20:46

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb.

Hərəkətdə olan "Mercedes" markalı 3 avtomobil toqquşub. Qəza zamanı 1954-cü il təvəllüdlü Əli Həsənov və 1958-ci il təvəllüdlü Rübabə Həsənova xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər, vəziyyətlərinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR