Gömrükdən gizli yola keçirilən 18 kiloqram qızıl-zinət əşyası aşkar edilib - VİDEO

Gömrükdən gizli yola keçirilən 18 kiloqramdan çox qızıl-zinət əşyası aşkar edilib

© APA | Gömrükdən gizli yola keçirilən 18 kiloqramdan çox qızıl-zinət əşyası aşkar edilib

# 28 oktyabr 2021 12:30 (UTC +04:00)

Azərbaycan gömrükçüləri külli miqdarda zərgərlik məmulatlarının gömrük sərhədindən bəyan etməməklə və gömrük nəzarətindən gizlətməklə keçirilməsinə cəhdin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsindən APA-ya verilən məlumata görə, Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında ölkə ərazisinə Gürcüstan istiqamətindən "çipsi" yükü gətirən "Mercedes-Benz" markalı avtomobil "Qırmızı Körpü" gömrük postuna daxil olub və yük nəqliyyat vasitəsinə rentgen qurğusu ilə baxış zamanı avtomobilin arxa təkərlərinin arasında yerləşən hava balonunda şübhəli cizgilər qeydə alınıb. Hava balonunun isə yalnız mütəxəssis köməyi ilə açılması mümkün olduğu üçün həmin nəqliyyat vasitəsi postun terminalında saxlanılıb.

Beləliklə, gün ərzində sürücünün avtomobilin alt hissəsində, şübhəli cizgilərin qeydə alındığı yerdə hərəkəti müşahidə olunub. Dərhal müdaxilə nəticəsində saxlanılan sürücünün əlində bağlamalar olduğu müəyyən edilib. Nəqliyyat vasitəsinin alt hissəsinə baxış zamanı isə hava balonunda əlavə bağlamaların da gizlədildiyi məlum olub.

Daha sonra bağlamalara baxış zamanı onların içərisində xeyli miqdarda qızıl-zinət əşyası - 761 ədəd qolbaq, 754 ədəd boyunbağı, 783 cüt sırğa, 118 ədəd kulon, 198 dəst boyunbağı-kulon, 7 dəst qolbaq-boyunbağı, 11 dəst kulon-üzük-sırğa, 11 dəst üzük-sırğa, 3 dəst üzük-qolbaq, 5 dəst üzük-boyunbağı-sırğa, 2 dəst boyunbağı-bilərzik-üzük-sırğa, 8 ədəd tək sırğa və 14 qram boyunbağı aşkarlanıb.

Aşkarlanan zərgərlik məmulatlarının ümumi çəkisinin 18 kiloqram 172 qram olduğu müəyyən edilib.

© APA | Gömrükdən gizli yola keçirilən 18 kiloqram qızıl-zinət əşyası aşkar edilib

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR